Yaxın Şərqdə İslam Dövləti sıralarına qoşulan əcnəbi vətəndaş saxlanılıb
Gürcüstanın Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən antiterror əməliyyatları çərçivəsində həyata keçirilən kompleks istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Rustavidə xarici ölkənin təşəbbüsü ilə İnterpolun sirkulyar xətti ilə axtarışda olan əcnəbi vətəndaş saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Dövlət Təhlükəsizliyi Xidməti məlumat yayıb.
Məlumatda bildirilir ki, istintaq həmin şəxsin 2014-cü ildə Yaxın Şərqə səfər edərək bölgədə fəaliyyət göstərən “İslam Dövləti” terror təşkilatının sıralarına qoşulduğunu müəyyən edib.
Terrorla Mübarizə Mərkəzindən verilən məlumata görə, saxlanılan şəxs döyüş təcrübəsinə malikdir və partlayıcı qurğular üzrə yüksək ixtisaslı mütəxəssisdir.
"Həmin şəxs terror təşkilatı daxilində xüsusilə mühüm fəaliyyətlərə cavabdeh idi. Axtarış nəticəsində saxlanılan şəxsin yaşadığı ünvandan müxtəlif növ sübutlar və istintaq üçün mühüm əhəmiyyət kəsb edən elektron məlumat daşıyıcı qurğular götürülüb. İstintaq müvafiq ixtisasa malik Dövlət Təhlükəsizliyi Xidmətinin Terrorla Mübarizə Mərkəzi tərəfindən aparılır", - məlumatda deyilir.


