
Nikoloz Samxaradze Monteneqro Parlamentinin sədri ilə görüşüb
Gürcüstan Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze Monteneqroya səfəri çərçivəsində Monteneqro Parlamentinin sədri Andria Mandiç ilə görüşüb.
InterPress.ge xəbər verir ki, məlumatı Gürcüstan Parlamentinin mətbuat mərkəzi yayır.
Tərəflər Gürcüstan–Monteneqro ikitərəfli münasibətlərinin dərinləşdirilməsi məsələləri, parlamentlərarası əlaqələrin gücləndirilməsi, Rusiya tərəfindən Gürcüstan ərazilərinin işğal edilməsi və Qara dəniz regionunda cari proseslər barədə danışıblar.
Görüş zamanı Avropa İttifaqı üzvlüyünə namizəd ölkələrin – Gürcüstan və Monteneqronun Avropa İttifaqına inteqrasiyası prosesini müzakirə ediblər və bu istiqamətdə bir-biriləri ilə öz ölkələrinin təcrübəsini bölüşüblər.
Görüşün sonunda Nikoloz Samxaradze parlamentin sədri adından Andria Mandiçi Gürcüstana rəsmi səfərə dəvət edib.