06 
May
2025
09:31
1057

Uşaq bağçasında azyaşlının ölümü ilə bağlı yeni detallar ortaya çıxıb

Axaltsixedə özəl uşaq bağçasında 2 yaşlı uşaq ölüb.

InterPress.ge xəbər verir ki, yayılan məlumata görə, uşaq yatırmış və baxıcı onu oyatmaq üçün içəri girəndə uşağı huşsuz vəziyyətdə görüb.

Təcili yardım briqadası uşağı xəstəxanaya çatdırsa da, onu xilas etmək mümkün olmayıb.

Sosial şəbəkələrdə məlumat yayılıb ki, uşaq bağçaya gələndə qızdırması qalxıb və baxıcılar tezliklə bu barədə ailəyə məlumat veriblər. 

Artıq meyit üzərində tibbi ekspertiza keçirilib.

Uşağın əşya və ya yemək udması ilə bağlı versiyalardan birinə gəlincə, ekspert deyir ki, ilkin müayinə zamanı tənəffüs yollarında heç bir yad cisim aşkar edilməyib. O, ölümün səbəbinin təxminən bir aya bəlli olacağını bildirib.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, faktla bağlı Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan adam öldürmə (116-cı) maddəsi ilə cinayət işi başlanıb. 

Bizimlə əlaqə saxlayın