
Şalva Papuaşvili Avropa Şurası Parlament Assambleyasının sədri ilə görüşüb
Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili Avropa Şurası Parlament Assambleyasının (AŞPA) sədri Teodoros Russopulos ilə görüşüb.
InterPress.ge xəbər verir ki, bu barədə Parlamentin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, Şalva Papuaşvili Gürcüstandakı mövcud vəziyyət barədə danışıb, yerli seçkilərə hazırlıq prosesini nəzərdən keçirib.
"Tərəflər Gürcüstan parlamentinin hazırda Assambleyada nümayəndə heyətinin olmaması faktını da müzakirə ediblər. Bununla bağlı Şalva Papuaşvili AŞPA-nın yanvarda qəbul etdiyi və parlament üzvlərini nümayəndə heyətini tərk etməyə sövq edən qətnaməyə diqqət çəkib.
Şalva Papuaşvili Gürcüstanın Avropa Şurasının fundamental prinsip və dəyərlərinə sadiq qaldığını bildirib.
Şalva Papuaşvili qeyd edib ki, insanların seçiminə hörmət etmək demokratiyanın təməl daşıdır və bu prinsipə hörmətsizlik qəbuledilməzdir.
Tərəflər konstruktiv dialoqu davam etdirməyə hazır olduqlarını bildiriblər.
Görüş Aİ-nin tərəfdaş ölkələrinin parlament sədrlərinin konfransının keçirildiyi Macarıstanın paytaxtı Budapeştdə baş tutub.
Gürcüstan nümayəndə heyətinin üzvləri bunlardır: Parlamentin Xarici Əlaqələr Komitəsinin sədri Nikoloz Samxaradze və Avropaya inteqrasiya komitəsinin sədri Levan Maxaşvili”, - məlumatda deyilir.