24 
May
2025
18:52
182

Rəcəb Tayyib Ərdoğan Mixail Ğavelaşvilini Müstəqillik Günü münasibətilə təbrik edib

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstan prezidenti Mixail Ğavelaşvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib.

InterPress.ge xəbər verir ki, bu barədə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, Ərdoğanın məktubunda iki ölkə arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq vurğulanır.

“Cənab Prezident, Gürcüstanın Müstəqillik Günü münasibətilə Sizi və dost gürcü xalqını öz adımdan və türk xalqı adından ürəkdən təbrik edirəm.

Xalqlarımız arasında dostluğa və ümumi maraqlara əsaslanan yaxın qonşuluq və strateji münasibətlər hər gün inkişaf edir ki, bu da məndə əminlik yaradır ki, bu əlaqələr gələcəkdə daha da möhkəmlənəcək, regionumuzda sülhün, sabitliyin və dirçəlişin təmin olunmasına xidmət edəcəkdir.

Fürsətdən istifadə edərək, Zati-alinizə səmimi qəlbdən möhkəm cansağlığı və xoşbəxtlik, dost gürcü xalqına sülh və firavanlıq arzulayıram”, - təbrik məktubunda deyilir.

Bizimlə əlaqə saxlayın