Çin Prezidenti Gürcüstan Prezidentini təbrik edib
Çin Xalq Respublikasının Prezidenti Si Cinpin Gürcüstan Prezidenti Mixail Ğavelaşvilini Gürcüstanın Müstəqillik Günü münasibətilə təbrik edib.
InterPress.ge xəbər verir ki, Si Cinpin dövlət başçısına məktubunda Gürcüstan və Çin arasında dostluq münasibətlərinin və strateji tərəfdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayır:
“Cənab Prezident, Gürcüstanın Müstəqillik Günü münasibətilə Sizə və gürcü xalqına ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaq istərdim.
Çin və Gürcüstan arasında qarşılıqlı hörmət və etimada əsaslanan dostluq münasibətləri qurulub. Biz yaxşı tərəfdaşıq. Son illərdə Çin-Gürcüstan münasibətləri inkişaf edib, siyasi əlaqələr dərinləşib və strateji əməkdaşlıq möhkəmlənib.
Mən Çin-Gürcüstan münasibətlərinə böyük əhəmiyyət verirəm və ikitərəfli tərəfdaşlığımızı yeni zirvələrə çatdırmaq üçün sizinlə işləməyə hazıram. Sizə cansağlığı və hər şeyin ən yaxşısını arzulayıram. Gürcüstana firavanlıq, gürcü xalqına isə xoşbəxtlik arzulayıram”, - təbrik məktubunda deyilir.


