Macarıstan və Gürcüstanın baş nazirləri görüşüb
“Macarıstanın Gürcüstanın Avropaya inteqrasiyasına verdiyi dəstəyi və regional sülh və sabitliyə birgə öhdəliyimizi yüksək qiymətləndiririk”.
InterPress.ge xəbər verir ki, bunu Gürcüstanın baş naziri İrakli Kobaxidze X sosial şəbəkəsində yazıb.
Hökumət başçısı Macarıstanın Baş naziri Viktor Orbanla görüşünə münasibət bildirib və qeyd edib ki, tərəflər iki ölkə arasında inkişaf edən əməkdaşlığı müzakirə ediblər.
"Macarıstanın baş naziri Viktor Orbanla çox yaxşı görüşüm oldu. Biz Gürcüstan və Macarıstan arasında artan tərəfdaşlığı müzakirə etdik.
Macarıstanın Gürcüstanın Avropaya inteqrasiyasına verdiyi dəstəyi və regional sülh və sabitliyə birgə öhdəliyimizi yüksək qiymətləndiririk", - deyə İrakli Kobaxidze bildirib.


