22 
Okt
2025
16:58
482

DİN: Azyaşlının təsvirlərini ehtiva edən pornoqrafık materiallara görə bir nəfər həbs olundu

Gürcüstan Daxili İşlər Nazirliyi azyaşlının təsvirlərini ehtiva edən pornoqrafik materialların alınması, saxlanması və yayılması faktı üzrə bir nəfərin saxlanıldığını açıqlayıb.

Nazirliyin məlumatına görə, əməliyyat Mərkəzi Kriminal Polis Departamentinin Kiber Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həyata keçirilib. Saxlanılan şəxs 1992-ci il təvəllüdlü, əvvəllər narkotik cinayətinə görə məhkum olunmuş Ş. Q.-dur.

İstintaqın gedişində müəyyən olunub ki, təqsirləndirilən şəxs azyaşlının iştirakı ilə çəkilmiş pornoqrafik materialları şəxsi istifadə məqsədilə saxlayıb və yayırdı.

Məhkəmə qərarına əsasən aparılmış axtarış zamanı onun kompüter avadanlığı, mobil telefon və yaddaş kartı maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 255-ci maddəsinin 3-cü və 4-cü hissələri ilə aparılır. Bu maddə 9 ildən 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın