Qardabanidə 2,7 milyon lari dəyərində daşınmaz əmlakı dələduzluq yolu ilə ələ keçirməkdə axtarışda olan şəxs saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin Qardabani Rayon Şöbəsinin əməkdaşları külli miqdarda vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə axtarışda olan şəxsi saxlayıblar.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun məlumatına görə, saxlanılan şəxs 2025-ci ildə vətəndaşa məxsus 2 milyon 741 min lari dəyərində daşınmaz əmlakı dələduzluq yolu ilə ələ keçirib.
“Saxlanılan şəxs Rustavi Şəhər Məhkəməsinin qərarı əsasında axtarışda olub və barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları həyata keçirilmiş istintaq tədbirləri nəticəsində axtarışda olan şəxsi Tbilisi Beynəlxalq Hava Limanının yaxınlığında saxlayıblar.
Hazırda saxlanılan şəxs cəzaçəkmə müəssisəsinə köçürülüb”, – deyə məlumatda bildirilir.


