06 
Nybr
2025
12:14
378

Tbilisidə qrup halında zorakılıq təşkil edən və iştirak edən 4 nəfər saxlanılıb

Tbilisi Polis Departamentinin Vake-Saburtalo Baş İdarəsinin əməkdaşları keçirdikləri əməliyyat və istintaq tədbirləri nəticəsində qrup halında zorakılığın təşkilində və iştirakında ittiham olunan dörd nəfəri – 1996-cı il təvəllüdlü C.Ç., 2000-ci il təvəllüdlü L.Q., 1999-cu il təvəllüdlü D.P. və 1995-ci il təvəllüdlü D.K.-nı saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, eyni cinayət işi üzrə daha əvvəl Manana Giorqobiani də saxlanılıb.

Məlumata əsasən, cinayətə görə 9 ilədək azadlıqdan məhrumetmə nəzərdə tutulur. 2024-cü il noyabrın 2-də gecə saatlarında Manana Giorqobiani Tbilisidə, Çixovani küçəsində yerləşən supermarketin iki əməkdaşını – 2006-cı il təvəllüdlü T.M.-i və 2004-cü il təvəllüdlü E.M.-i söyərək təhqir edib. Bundan sonra o, tanışı – 1996-cı il təvəllüdlü C.Ç.-yə zəng vurub. C.Ç. bir neçə şəxslə birlikdə hadisə yerinə gəlib və birlikdə supermarketin iki əməkdaşını zor tətbiq etməklə küçəyə çıxarıb, daha sonra onları qrup halında döyüblər.

Hazırda istintaq cinayətdə iştirak etmiş daha bir şəxsin yerinin müəyyənləşdirilməsi və onun məsuliyyətə cəlb edilməsi istiqamətində davam edir.

Bundan əlavə, istintaq zamanı saxlanılan C.Ç.-nin qanunsuz olaraq odlu silah və sursat saxladığı müəyyən olunub. Əməliyyat zamanı iki avtomatik silah, bir ov tüfəngi və müxtəlif növ odlu silahlar üçün nəzərdə tutulmuş 110 patron maddi sübut kimi götürülüb.

Cinayət işi Gürcüstan Cinayət Məcəlləsinin 225-ci (qrup halında zorakılıq) və 126-cı (qrup halında zorakılığın təşkili) maddələri ilə araşdırılır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər