Tea House-da Zəfər Gününə həsr olunmuş şahmat turniri keçirilib
Tea House-da “İnkişaf və Təhsil Mərkəzi”nin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş yeniyetmələrarası şahmat turniri baş tutub.
InterPress.ge xəbər verir ki, yarışda “Tea House” və “Saral İnkişaf və Təhsil Mərkəzi”nin ümumilikdə 26 nəfər yeniyetmə və gənc şahmatçısı iştirak edib.
Beş turdan ibarət olan turnirdə iştirakçılar iki fərqli qrupda – dərəcəli şahmatçılar və yeni başlayanlar arasında mübarizə aparıblar.
Birinci qrupda mümkün 5 baldan 4 bal toplayan Əli Əliyev (“Tea House”) birinci yerə, eyni xalı qazanan Timur Kələyev (“Tea House”) və Ayhan Əsgərov (“Tea House”) isə müvafiq olaraq ikinci və üçüncü yerlərə layiq görülüblər.
İkinci qrupda isə 5 baldan 4 bal toplayan Amin Yusubov (“Saral İnkişaf və Təhsil Mərkəzi”) birinci yerin sahibi olub. Eyni nəticə göstərən Həcər Yusubova (“Saral İnkişaf və Təhsil Mərkəzi”) ikinci, Demetre Xaxiaşvili (“Tea House”) isə üçüncü yerə layiq görülüb.
Turnirin sonunda qaliblərə diplom və medallar təqdim olunub. Yarışın təşkilatçılığı “Tea House” şahmat klubunun üzvləri Qasım Əliyev və Tacir Allahverdiyev tərəfindən həyata keçirilib.



