17 
Nybr
2025
10:41
206

İsrail ordusu Livanda BMT sülhməramlılarına atəş açıb

İsrail hərbi qüvvələri Livanda BMT-nin sülhməramlı missiyasının nümayəndələrinə atəş açıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı “Reuters” yayıb. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Məlumata görə, BMT-nin sülhməramlı missiyası insidenti ciddi pozuntu kimi qiymətləndirir.

İsrail Silahlı Qüvvələrinin açıqlamasına əsasən, onların hərbçiləri İsrail sərhədinə yaxın, Livanın Əl-Həmas bölgəsində iki şübhəli şəxsə atəş açıblar və yalnız sonradan həmin şəxslərin BMT sülhməramlıları olduğunu müəyyən ediblər. Hərbçilər bunu əlverişsiz hava şəraiti səbəbindən onların identifikasiya olunmaması ilə izah ediblər.

Livandakı BMT sülhməramlı missiyasının məlumatına görə, İsrail qüvvələri onlara “Merkava” tipli tankdan atəş açıb və yalnız sülhməramlıların rəsmi kanallarla İsrail tərəfi ilə əlaqə yaratmasından sonra atəş dayandırılıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər