20 
Dek
2025
13:57
221

Liz Truss: BBC “dərin dövlətin” təbliğatçı təşkilatıdır

Böyük Britaniyanın sabiq baş naziri Liz Truss BBC-ni “dərin dövlətin” təbliğatçısı adlandırıb. Onun sözlərinə görə, Britaniyanın ictimai yayım şirkəti qlobal bürokratik sistemin bir hissəsidir və yalan məlumatların tirajlanması ilə məşğuldur.

Truss bildirib ki, BBC müxtəlif mövzularda, o cümlədən İsrail və iqtisadiyyatla bağlı məsələlərdə dəfələrlə dezinformasiya yayıb. Onun sözlərinə görə, bu qurum müəyyən siyasi fiqurlara qarşı mübarizə aparır və fərqli dünyagörüşünə malik siyasətçiləri hədəfə alır.

Keçmiş baş nazir qeyd edib ki, Donald Trump özü haqqında yayılan yalan məlumatlara görə BBC-ni məhkəməyə verib. Trussun fikrincə, BBC qlobal sistemin və Böyük Britaniyada “dərin dövlət” adlandırılan bürokratiyanın təbliğat alətidir və bütün bunlar vergi ödəyicilərinin vəsaiti hesabına maliyyələşdirilir.

Liz Truss vurğulayıb ki, BBC-nin fəaliyyəti jurnalistikanın əsas prinsiplərindən uzaqdır və bu qurum obyektiv media deyil, ideoloji maraqlara xidmət edən struktur kimi çıxış edir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər