Qətl və zorakılıqda təqsirləndirilən ata və oğul həbs cəzasına məhkum ediliblər
Ğvareli bələdiyyəsində törədilmiş qətl faktı üzrə ata və oğula qarşı ilkin həbs qətimkan tədbiri seçilib.
InterPress.ge xəbər verir ki, qətimkan tədbirinin seçilməsi məsələsinə Telavi Rayon Məhkəməsində baxılıb.
Məhkəmə prosesində prokurorluq təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatət qaldırıb. Hakim Tamar Kapanadze vəsatəti tam şəkildə təmin edib.
Müdafiə tərəfi iclasda qətldə ittiham olunan Levan Çitaşvili üçün 15 000 lari, zorakılıqda ittiham olunan oğlu üçün isə 5 000 lari məbləğində girov qətimkan tədbirinin seçilməsini tələb edib.
Hadisə yanvarın 8-də Şilda kəndində baş verib. İstintaqın məlumatına görə, 51 yaşlı Levan Çitaşvili qisas motivi ilə soyuq silahdan istifadə edərək 48 yaşlı Nodar Asabaşviliyə ölümcül xəsarət yetirib.
Bundan əvvəl isə, istintaq versiyasına əsasən, Levan Çitaşvili oğlu ilə birlikdə öz həyat yoldaşına və Nodar Asabaşviliyə qarşı fiziki zorakılıq törədib.


