124 milyon lari məbləğində yığım pensiyası ödənilib – neçə nəfər faydalanıb
2025-ci il 31 dekabr tarixinə ölkədə yığım pensiya sisteminə 1 milyon 706 min nəfər qoşulub.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Pensiya Fondu məlumat verib.
Eyni tarixə olan göstəricilərə əsasən, yığım pensiyasından 26 820 nəfər yararlanıb və onlara ümumilikdə 124 milyon lari məbləğində pensiya ödənişi həyata keçirilib.
Pensiya Fondunun məlumatında bildirilir ki, 2025-ci ilin dekabr ayının sonuna fondun aktivləri 8.2 milyard lariyə, sistem üzrə formalaşmış gəlir isə 2.2 milyard lariyə çatıb.
Qeyd edək ki, Gürcüstanda yığım pensiya sistemi 2019-cu il 1 yanvar tarixindən fəaliyyət göstərir. Sistem çərçivəsində pensiya fonduna ödənişlər işəgötürən, işçi və dövlət arasında bölüşdürülür. Formal sektorda çalışanlar üçün bu mexanizm 2% + 2% + 2% prinsipi əsasında tətbiq olunur.


