Bıçaqlanma hadisəsi: ağır xəsarət yetirən şəxs saxlanılıb
Batumi şəhərində soyuq silahdan istifadə etməklə vətəndaşa ağır bədən xəsarətləri yetirən və hadisə yerindən qaçan şəxs polis tərəfindən saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, saxlanılan şəxsi 15 ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
Məlumata görə, DİN-in Acarıstan Polis Departamentinin əməkdaşları 1991-ci il təvəllüdlü, əvvəllər müxtəlif cinayətlərə görə məhkum olunmuş A.İ.-ni qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıblar. İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Batumidə mübahisə zamanı 2003-cü il təvəllüdlü A.D.-yə soyuq silahla ağır xəsarətlər yetirib və hadisə yerindən gizlənib.
Xəsarət alan şəxs tibbi müəssisəyə yerləşdirilib. Aparılan əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində A.İ. hakim qərarı əsasında saxlanılıb. Faktla bağlı araşdırma Gürcüstan Cinayət Məcəlləsinin 19-108-ci maddəsi ilə aparılır.


