16 
Yan
2026
20:35
623

Gürcüstanda güclü qar və əlverişsiz hava şəraiti gözlənilir

Yanvarın 17-də Gürcüstanın qərb bölgələrində, yanvarın 18-dən 20-si səhər saatlarınadək isə ölkənin şərq hissəsində yağıntılar gözlənilir.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.

Yağıntıların bəzi ərazilərdə güclü olacağı, əsasən qar şəklində müşahidə ediləcəyi bildirilir.

Məlumata əsasən, ayrı-ayrı bölgələrdə duman, çovğun, elektrik ötürücü xətlərdə buzlaşma, avtomobil yollarında sürüşkənlik, dağlıq ərazilərdə isə qar uçqunu təhlükəsi yaranacaq.

Agentlik xəbərdarlıq edir ki, güclü qar, görmə məsafəsinin azalması, çovğun, buzlanma və uçqun təhlükəsi ilə əlaqədar avtomobil yollarının bəzi hissələrində nəqliyyatın hərəkətinə müvəqqəti məhdudiyyətlər tətbiq oluna bilər.

Qeyd olunur ki, gözlənilən intensiv yağıntılar təpəlik və dağlıq zonalarda sürüşmə proseslərinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi orta olaraq qiymətləndirilir.

Bizimlə əlaqə saxlayın