21-23 yanvara olan hava proqnozu açıqlandı
Gürcüstanda soyuq hava yanvarın 24-dək davam edəcək.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətrqf Mühit Agentliyi məlumat yayıb.
Məlumata əsasən, Tbilisidə hava əsasən yağıntısız və soyuq olacaq. Gecə saatlarında havanın temperaturu -2, -6 dərəcə, gündüz isə +2, +6 dərəcə təşkil edəcək.
Sahil rayonlarında – Batumi, Kobuleti, Anaklia və Potidə 21 və 23 yanvar tarixlərində yağıntılı, 22 yanvarda isə yağıntısız hava şəraiti gözlənilir. Havanın temperaturu gecə +1, +3 dərəcə, gündüz isə +8, +10 dərəcə olacaq.
Qərbi Gürcüstanın düzənlik rayonlarında – Zestafoni, Kutaisi, Samtredia, Zuqdidi, Martvili və Ozurgetidə də 21 və 23 yanvar tarixlərində yağıntı, 22 yanvarda isə əsasən yağıntısız hava proqnozlaşdırılır. Temperatur gecə -3, +3 dərəcə, gündüz +7, +9 dərəcə səviyyəsində olacaq.
Qərbi Gürcüstanın dağlıq ərazilərində – Ambrolauri, Oni, Tsageri, Şovi, Çiatura, Saçxere, Xulo və Rikoti aşırımında arabir qar yağacağı gözlənilir. Burada gecə -5, -10 dərəcə, gündüz isə +1, +6 dərəcə temperatur müşahidə olunacaq.
Yüksək dağlıq rayonlarda – Mestia və Baxmaroda vaxtaşırı qar yağacaq. Havanın temperaturu gecə -8, -13 dərəcə, gündüz isə -3, +2 dərəcə təşkil edəcək.
Kartli bölgəsində – Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori və Tsxinvalidə hava soyuq və əsasən yağıntısız olacaq. Temperatur gecə -7, -12 dərəcə, gündüz +1, +4 dərəcə səviyyəsində olacaq.
Kaxeti bölgəsində – Saqareco, Telavi, Qurjaani, Siğnaği, Laqodexi, Kvareli, Axmeta və Dedoplistskaroda da soyuq və əsasən yağıntısız hava şəraiti gözlənilir. Gecə temperaturu -5, -10 dərəcə, gündüz isə +1, +4 dərəcə olacaq.
Şərqi Gürcüstanın dağlıq rayonlarında – Axaltsixe, Borjomi, Duşeti, Tianeti və Pasanauridə gecə -8, -13 dərəcə, gündüz isə -2, +2 dərəcə temperatur proqnozlaşdırılır.
Yüksək dağlıq ərazilərdə – Axalkalaki, Tsalkа, Bakuriani, Qudauri və Omaloda hava daha sərt olacaq. Burada gecə temperaturu -13, -18 dərəcə, gündüz isə -1, -6 dərəcə təşkil edəcək.
Agentlik əhalini soyuq hava şəraiti ilə əlaqədar ehtiyatlı olmağa çağırır.


