25 
Yan
2026
11:25
260

Ailə üzvünə qarşı qəsdən adam öldürməyə cəhd: xarici ölkə vətəndaşı saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyinin Acarıstan Polis Departamentinin Batumi Şəhər İdarəsinin əməkdaşları 1988-ci il təvəllüdlü xarici ölkə vətəndaşı M.S.-ni ailə üzvünə qarşı ağırlaşdırıcı hallarda törədilmiş qəsdən adam öldürməyə cəhd ittihamı ilə saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı DİN yayıb.

İstintaqla müəyyən edilib ki, şübhəli Batumi şəhərində onunla rəsmi nikahda olmayan 1991-ci il təvəllüdlü xarici ölkə vətəndaşı Q.İ.-yə bıçaqla döş qəfəsi nahiyəsindən xəsarətlər yetirib.

Xəsarət alan şəxsə tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib.

Polis M.S.-ni hadisədən dərhal sonra isti izlərlə saxlayıb. Cinayətin aləti olan bıçaq maddi sübut kimi götürülüb.

Fakt üzrə Gürcüstan Cinayət Məcəlləsinin 19-109-cu maddəsi ilə istintaq aparılır. Həmin maddə 16 ildən 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər