Hava limanında iri həcmdə psixotrop maddə aşkarlanıb: iki nəfər saxlanılıb
Gürcüstan Daxili İşlər Nazirliyinin İmereti Polis Departamentinin və Gürcüstan Maliyyə Nazirliyinin Gəlirlər Xidmətinin Gömrük Departamentinin əməkdaşları xüsusilə külli miqdarda psixotrop maddənin qanunsuz əldə edilməsi, saxlanması və Gürcüstana gətirilməsi ittihamı ilə iki nəfəri saxlayıb.
InterPress.ge xəbər verir ki, saxlanılanlar 1974-cü il təvəllüdlü Ş.K. və əvvəllər məhkum olunmuş 1975-ci il təvəllüdlü R.M.-dir.
DİN-in məlumatına görə, hüquq-mühafizə orqanları Kutaisi Beynəlxalq Hava Limanında aparılan yoxlama zamanı təqsirləndirilən şəxslərin əl yükündən xüsusilə böyük miqdarda “pregabalin” tərkibli psixotrop həblər aşkar edərək maddi sübut kimi götürüblər.
Fakt üzrə Gürcüstan Cinayət Məcəlləsinin 261-ci və 263-cü maddələri ilə istintaq aparılır. Sözügedən maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


