26 
Yan
2026
14:30
273

Prokurorluq DTX əməkdaşının ölümü ilə bağlı açıqlama yayıb

Prokurorluq Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşının ölümü faktı ilə bağlı rəsmi açıqlama yayıb.

Qurumun məlumatına görə, DTX-nin Antikorrupsiya Agentliyinin əməkdaşının ölümü ilə əlaqədar Tbilisi Prokurorluğunun İstintaq İdarəsi tərəfindən Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə istintaqa başlanılıb. Qeyd edək ki, sözügedən maddə şəxsi intihara sürükləməni nəzərdə tutur.

Açıqlamada bildirilir ki, Antikorrupsiya Agentliyinin əməkdaşı bu gün səhər saatlarında öz avtomobilində odlu silahla yetirilmiş güllə yarası ilə ölü tapılıb. Hadisə yerinə baxış zamanı mərhuma məxsus odlu silah, eləcə də avtomobilin ön oturacağında aşkar edilmiş məktub maddi sübut kimi götürülüb.

Hazırda faktla bağlı müvafiq təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər