26 
Yan
2026
19:11
283

DTX Antikorrupsiya Agentliyinin əməkdaşının ölümü ilə bağlı başsağlığı verib

Dövlət Təhlükəsizliyi Xidməti (DTX) qurumun binası yaxınlığında Antikorrupsiya Agentliyinin baş inspektoru Simon Tsakadzenin vəfatı ilə əlaqədar dərin hüznlə başsağlığı verib.

InterPress.ge xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Xidmət mərhumun ailəsinə, yaxınlarına və həmkarlarına baş verən faciə ilə bağlı dərin hüznünü ifadə edib.

DTX-nin yaydığı məlumatda bildirilir ki, ağır hadisə ilə əlaqədar bəzi şəxslər tərəfindən səsləndirilən spekulyativ açıqlamalar mərhumun ailəsi, dostları və həmkarlarının ağrısını daha da artırır. Bu səbəbdən xidmət ictimaiyyəti manipulyativ bəyanatlardan çəkinməyə çağırır.

“Mərhum əməkdaşımız, Antikorrupsiya Agentliyinin baş inspektoru Simon Tsakadzenin vəfatı ilə əlaqədar bir daha dərin hüznümüzü bildirir, onun ailəsinə, yaxınlarına və həmkarlarına başsağlığı veririk. Onun itkisi bizim üçün böyük faciə və əvəzolunmaz itkidir. Simon Tsakadze 2015-ci ildən etibarən xidmətimizdə çalışırdı və işinə sədaqəti, yüksək peşəkarlığı ilə seçilən layiqli və təcrübəli əməkdaş idi.

Baş vermiş ağır faktla bağlı bəzi şəxslərin yaydığı spekulyativ açıqlamalar mərhumun ailəsi, dostları və həmkarlarının ağrısını daha da dərinləşdirir. Hamını manipulyativ bəyanatlardan çəkinməyə və mərhumun xatirəsinə hörmətlə yanaşmağa çağırırıq”, – DTX-nin açıqlamasında qeyd olunub.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər