27 
Yan
2026
20:43
216

Xelvaçauridə bacı-qardaşın ölümü ilə bağlı ilkin səbəb açıqlandı

Xelvaçauri bələdiyyəsində bacı və qardaşın ölümü bədənin həddindən artıq soyuması (donma) nəticəsində baş verib.

InterPress.ge xəbər verir ki,bu barədə Gürcüstan Daxili İşlər Nazirliyində məlumat verilib.

Qurumun açıqlamasına görə, mərhumların cəsədlərində ölümə səbəb ola biləcək hər hansı zorakılıq əlaməti aşkar edilməyib.

“Gürcüstan Daxili İşlər Nazirliyinin Acara Polis Departamentində Xelvaçauri bələdiyyəsində iki nəfərin ölümü faktı üzrə Cinayət Məcəlləsinin 116-cı maddəsi ilə istintaqa başlanılıb. Bu maddə ehtiyatsızlıq nəticəsində həyatın itirilməsini nəzərdə tutur.

İstintaqın ilkin məlumatlarına əsasən, 1972-ci il təvəllüdlü T.F. və 1970-ci il təvəllüdlü D.F.-nin ölümü donma – bədənin həddindən artıq soyuması nəticəsində baş verib. İlkin baxış zamanı mərhumların üzərində ölümə səbəb ola biləcək qəsdən yetirilmiş hər hansı xəsarət qeydə alınmayıb.

Faktla bağlı müvafiq ekspertizalar təyin edilib”, – deyə nazirlikdən bildirilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər