27 
Yan
2026
23:24
324

DİN Dmanisidə həyat yoldaşının əri tərəfindən qətlə yetirilməsi ilə bağlı məlumat yayıb

Dmanisidə ər tərəfindən həyat yoldaşının qətlə yetirilməsi faktı ilə bağlı Gürcüstanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

InterPress.ge xəbər verir ki, Nazirliyin məlumatına görə, Daxili İşlər Nazirliyinin Kvemo Kartli Polis Departamentinin əməkdaşları ailə üzvünə qarşı törədilmiş qəsdən adamöldürmə ittihamı ilə 1970-ci il təvəllüdlü, əvvəllər məhkum olunmuş İ.Q.-nu saxlayıblar.

İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 11¹–109-cu maddəsinin “k” bəndi ilə aparılır. Həmin maddə 20 ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs cari ilin 27 yanvar tarixində Dmanisi bələdiyyəsinin kəndlərindən birində soyuq silahdan istifadə edərək həyat yoldaşı, 1983-cü il təvəllüdlü E.A.-ya xəsarətlər yetirib.

Məlumata görə, İ.Q. yaralı qadını özü tibb müəssisəsinə aparmağa cəhd göstərib, lakin E.A. aldığı ağır xəsarətlər nəticəsində dünyasını dəyişib.

İ.Q. hadisədən sonra könüllü şəkildə polisə müraciət edib və törətdiyi cinayəti etiraf edib. Hüquq-mühafizə orqanları əməkdaşları onu təqsirləndirilən şəxs qismində saxlayıblar. Cinayətin törədilməsində istifadə olunan bıçaq maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq davam etdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər