28 
Yan
2026
22:06
233

Polisə qarşı qrup halında müqavimət və zorakılıq göstərməkdə təqsirləndirilən 3 nəfər saxlanılıb

Gürcüstan Daxili İşlər Nazirliyi Kaxeti bölgəsində polis əməkdaşlarına qarşı qrup halında müqavimət və zorakılıq göstərilməsi faktı üzrə üç nəfərin saxlanıldığını açıqlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə nəlumatı nazirliyin mətbuat xidməti yayıb.

Rəsmi məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən yoxlama məqsədilə üç nəfəri saxlayıb. Bu zaman həmin şəxslər polis əməkdaşlarına müqavimət göstərib, onlara qarşı həm şifahi, həm də fiziki zorakılıq tətbiq ediblər.

Daxili İşlər Nazirliyinin Kaxeti Polis Departamentinin Laqodexi rayon idarəsinin əməkdaşları tərəfindən aparılan istintaq nəticəsində 2001-ci il təvəllüdlü N.Ş., əvvəllər məhkum olunmuş 1990-cı il təvəllüdlü İ.K. və 1994-cü il təvəllüdlü L.İ. polisə qarşı qrup halında müqavimət və zorakılıq göstərmək ittihamı ilə saxlanılıblar.

İstintaqla müəyyən edilib ki, cari ilin 27 yanvar tarixində Laqodexi bələdiyyəsinin kəndlərindən birində yoxlama zamanı saxlanılan şəxslər polis əməkdaşlarına qarşı müqavimət göstərərək onları təhqir edib və fiziki xəsarətlər yetiriblər. Hadisə nəticəsində Daxili İşlər Nazirliyinin dörd əməkdaşı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Aparılan operativ-istintaq tədbirləri nəticəsində şübhəli şəxslər hadisə yerində saxlanılıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 353-cü maddəsi ilə aparılır. Həmin maddə 8 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər