29 
Yan
2026
12:04
729

Polis binasına atəş açan şəxs saxlanıldı

İmereti Polis Departamentinin əməkdaşları odlu silahdan istifadə etməklə törədilmiş xuliqanlıq ittihamı ilə 1994-cü il təvəllüdlü K.Q.-ni isti izlərlə saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib. 

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Kutaisidə, Araqişvili küçəsində yerləşən İmereti Polis Departamentinin inzibati binası istiqamətində hamar lüləli ov tüfəngindən atəş açıb. Nəticədə binanın fasadı və giriş qapısı zədələnib.

Keçirilən operativ-axtarış tədbirləri və istintaq hərəkətləri nəticəsində K.Q. şübhəli şəxs qismində saxlanılıb. Cinayətin törədilməsində istifadə olunan silah maddi sübut kimi götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 239-cu maddəsinin 3-cü hissəsi ilə aparılır. Sözügedən maddə 7 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər