İrakli Kikvadze İctimai Yayımçının Acarıstan Televiziyası və Radiosunun direktoru seçilib
İctimai Yayımçının Acarıstan Televiziyası və Radiosunun direktoru vəzifəsinə İrakli Kikvadze seçilib.
Onun namizədliyini Şuranın yeddi üzvü dəstəkləyib, bir üzv isə əleyhinə səs verib. Qərar Müşahidə Şurası tərəfindən bir neçə dəqiqə əvvəl qəbul olunub.
İrakli Kikvadze Şura üzvlərinə İctimai Yayımçının Acarıstan Televiziyası və Radiosunun inkişafına dair baxışını və konsepsiyasını təqdim edib, həmçinin Müşahidə Şurası üzvlərinin suallarını cavablandırıb.
O, daha əvvəl Batumidə Kukla və Gənc Tamaşaçılar üçün Peşəkar Dövlət Teatrının bədii rəhbəri vəzifəsində çalışıb. Onun sözlərinə görə, televiziya və kino sahəsində uzunmüddətli təcrübəyə malikdir.
Xatırladaq ki, İctimai Yayımçının Müşahidə Şurası Acarıstan Televiziyası və Radiosunun direktoru vəzifəsi üzrə açıq müsabiqəni üçüncü dəfə elan etmişdi.


