30 
Yan
2026
12:15
222

Marneuli və Tbilisidə saxta qızıl məmulatları lombarda qoyaraq dələduzluq edən 4 nəfər saxlanılıb

Daxili İşlər Nazirliyinin əməkdaşları Marneuli və Tbilisi şəhərlərində fəaliyyət göstərən müxtəlif mikromaliyyə təşkilatlarında saxta qızıl məmulatlarını lombarda qoymaqla dələduzluq edən 4 şəxsi saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib. 

Kvemo Kartli Polis Departamentinin Marneuli rayon idarəsinin əməkdaşları tərəfindən, məhkəmə qərarı əsasında iri məbləğdə dələduzluq ittihamı ilə 2004-cü il təvəllüdlü İ.Q., 2002-ci il təvəllüdlü R.M., 2004-cü il təvəllüdlü N.B. və 1997-ci il təvəllüdlü A.M. saxlanılıb.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxslər müxtəlif vaxtlarda Marneuli və Tbilisi şəhərlərində yerləşən mikromaliyyə təşkilatlarını aldadaraq saxta qızıl məmulatlarını lombarda qoyub və əldə etdikləri vəsaiti dələduzluq yolu ilə mənimsəyiblər.

Mikromaliyyə təşkilatlarına vurulan ümumi zərər 48 845 lari təşkil edir. Hüquq-mühafizə orqanları saxta qızıl məmulatlarını maddi sübut kimi götürüb, dörd nəfərin hamısı təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci və 3-cü hissələrinin “b” bəndləri üzrə istintaq aparılır. Həmin maddə 9 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər