30 
Yan
2026
16:37
2213

Marneulidə baş verən ağır yol qəzasında ağır yaralı olan gənc həyatını itirib

Marneuli bələdiyyəsinin Baydar kəndi yaxınlığında baş verən ağır yol-nəqliyyat hadisəsi daha bir can itkisi ilə nəticələnib.

InterPress.ge xəbər verir ki, qəza zamanı ağır vəziyyətdə xəstəxanaya çatdırılan Sənan Şərifov həkimlərin göstərdiyi bütün tibbi müdaxilələrə baxmayaraq bu gün həyatını itirib.

Xatırladaq ki, hadisə 28 yanvar tarixində Baydar kəndi yaxınlığında qeydə alınıb. Avtomobilin idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılması nəticəsində nəqliyyat vasitəsində olan gənclərdən ikisi hadisə yerində ölüb, daha iki neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilmişdi.

Ağır yaralı kimi xəstəxanaya aparılan Sənan Şərifovun ölümü ilə qəza nəticəsində həlak olanların sayı üç nəfərə çatıb. Hazırda faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, hadisənin dəqiq səbəbləri müəyyənləşdirilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər