31 
Yan
2026
14:04
206

Xüsusi miqrasiya nəzarəti tədbirləri keçirilib, 32 xarici vətəndaş saxlanılıb

Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları Tbilisi və Batumi şəhərlərində xüsusi miqrasiya nəzarəti tədbirləri həyata keçiriblər.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb.

Qurumun məlumatına görə, kompleks tədbirlər nəticəsində 32 xarici ölkə vətəndaşı saxlanılıb. Saxlanılanlar arasında Hindistan, Banqladeş, Tailand, Çin, Türkiyə, Fələstin, Nigeriya, Özbəkistan və Misir vətəndaşları var.

Bildirilib ki, tədbirlər çərçivəsində departament əməkdaşları konkret məkanlarda yoxlamalar aparıblar. Yoxlamaların məqsədi Gürcüstan ərazisində qanuni əsas olmadan yaşayan xarici vətəndaşların müəyyən edilməsi olub. Araşdırma nəticəsində saxlanılan şəxslərin “Xarici vətəndaşların və vətəndaşlığı olmayan şəxslərin hüquqi statusu haqqında” Gürcüstan qanununun tələblərini pozaraq ölkədə olduqları müəyyən edilib.

Hazırda saxlanılan şəxslər Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib. Onların ölkədən çıxarılması məqsədilə müvafiq prosedurlar davam etdirilir.

Məlumatda qeyd olunur ki, Miqrasiya Departamenti Gürcüstanda qanuni əsas olmadan olan xarici vətəndaşların vaxtında aşkar edilməsi və ölkədən çıxarılmasının təmin edilməsi məqsədilə xüsusi miqrasiya nəzarətini intensiv rejimdə davam etdirir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər