01 
Fev
2026
01:32
216

Tbilisidə etiraz aksiyası keçirilib

Tbilisidə Rustaveli prospektində fasiləsiz etiraz aksiyası keçirilib.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları əvvəlcə avtomobil yolunun bir hissəsini tutublar, daha sonra isə tam şəkildə səkilərə çəkiliblər.

Gürcüstan Parlamenti qarşısında toplaşan etirazçılara “Təhsili qoru” şüarı ilə keçirilən yürüşün iştirakçıları da qoşulublar. Yürüş iştirakçıları əvvəlcə Tbilisi Filarmoniyası yaxınlığında toplaşıb, daha sonra parlamentə doğru yürüş ediblər. Qanunverici orqan qarşısında dayanmazdan öncə yürüşçülər Azadlıq Meydanı metro stansiyasına qədər irəliləyib, daha sonra yenidən parlamentin qarşısına qayıdıblar.

Aksiya iştirakçılarının tələbləri dəyişməz qalır. Etirazçılar yeni parlament seçkilərinin təyin olunmasını və aksiyalar çərçivəsində saxlanılan şəxslərin azadlığa buraxılmasını tələb edirlər.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər