02 
Fev
2026
11:43
283

Həyat yoldaşını bıçaqlayan şəxs saxlanıldı

Gürcüstan Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin Köhnə Tbilisi Baş İdarəsinin əməkdaşları ailə üzvünə qarşı qəsdən yüngül xəsarət yetirmə ittihamı ilə Türkiyə Respublikasının vətəndaşı, 1975-ci il təvəllüdlü A.G.-ni saxlayıblar.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyi yayıb. 

Nazirliyin məlumatına görə, istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs mübahisə zəminində soyuq silahdan istifadə edərək həyat yoldaşı — 1986-cı il təvəllüdlü K.N.-yə bədən xəsarəti yetirib.

Xəsarət alan K.N. müvafiq tibbi yardım göstərilməsi üçün klinikaya yerləşdirilib. Keçirilmiş operativ-axtarış və istintaq tədbirləri nəticəsində A.G. təqsirləndirilən şəxs qismində saxlanılıb. Polis tərəfindən maddi sübut kimi cinayətin törədilməsində istifadə olunan bıçaq götürülüb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 11 prima 120-ci maddəsinin birinci hissəsi ilə aparılır. Sözügedən maddə 3 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər