02 
Fev
2026
19:35
235

Gürcüstanda ali təhsil sistemində yenilik: Aparıcı professor statusu tətbiq olunur

Ali təhsil müəssisələrinin akademik heyətinin siyahısına aparıcı professor vəzifəsi əlavə olunur. Bu, “Ali təhsil haqqında” qanuna planlaşdırılan dəyişikliklərdə əksini tapıb və layihə parlamentə Gürcüstanın Təhsil və Elm Nazirliyi tərəfindən təqdim edilib.

IntetPress.ge xəbər verir ki, qanun layihəsi parlamentdə sürətləndirilmiş qaydada müzakirə olunacaq.

Layihəyə əsasən, aparıcı professor akademik vəzifəsinə doktorluq və ya ona bərabər akademik dərəcəsi olan, azı 8 il elmi-pedaqoji iş təcrübəsinə malik, mühüm elmi nailiyyətləri (yerli və beynəlxalq aparıcı jurnallarda elmi nəşrlər, milli və beynəlxalq elmi-tədqiqat layihələrində iştirak və s.) olan və ali təhsil müəssisəsinin nizamnaməsində nəzərdə tutulan əlavə tələblərə cavab verən şəxs seçilə bilər.

Eyni zamanda, layihədə aparıcı professor vəzifəsini tutan şəxsin Akademik Şuranın üzvü olmaq və dekanın seçilməsi prosesində iştirak etmək hüquqları da müəyyən edilir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər