Özəl məktəblərdə də bu qadağan ediləcək
Kommunikasiya vasitələrinin, o cümlədən mobil telefonlar və planşetlərin istifadəsi dövlət məktəbləri ilə yanaşı, özəl məktəblərdə də qadağan olunacaq.
InterPress.ge xəbər verir ki, özəl məktəblərdə kommunikasiya vasitələrinin qadağan edilməsi ilə bağlı təşəbbüs parlamentin Təhsil Komitəsinin iclasında Gürcü Arzusu fraksiyasından deputat Rima Beradze tərəfindən irəli sürülüb. Məsələ ilə bağlı təhsil nazirinin müavinləri bildiriblər ki, nəzərdə tutulan məhdudiyyət özəl məktəblərə də şamil olunacaq.
Təhsil nazirinin müavini Tamar Maxaraşvili qeyd edib ki, qadağa yalnız mobil telefonlarla məhdudlaşmır: “Bəli, əlbəttə, bu məhdudiyyət özəl məktəblər seqmentində də tətbiq olunmalıdır. Burada kommunikasiya vasitələrindən danışırıq. Söhbət təkcə mobil telefondan getmir, planşet, ağıllı saat və digər oxşar cihazlar da bu kateqoriyaya daxildir”.


