Keçirilən miqrasiya nəzarəti tədbirləri zamanı 26 əcnəbi saxlanılıb
Qanunsuz miqrasiyaya qarşı mübarizə çərçivəsində Gürcüstan Daxili İşlər Nazirliyinin Miqrasiya Departamentinin əməkdaşları Tbilisi və Batumi şəhərlərində xüsusi miqrasiya nəzarəti tədbirləri həyata keçiriblər.
InterPress.ge xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat verib.
Kompleks tədbirlər nəticəsində 26 əcnəbi ölkə vətəndaşı saxlanılıb. Saxlanılanlar arasında Hindistan, Şri-Lanka, Pakistan, Türkmənistan, Türkiyə, İran, Sudan, İordaniya, Küveyt, Nepal və Efiopiya vətəndaşları var.
Tədbirlər çərçivəsində departament əməkdaşları konkret məkanlarda yoxlamalar aparıb. Yoxlamaların məqsədi Gürcüstanda qanuni əsaslar olmadan yaşayan əcnəbi vətəndaşların aşkarlanması olub. Müəyyən edilib ki, saxlanılan şəxslər ölkədə “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında” Gürcüstan qanununun tələblərini pozaraq qalırmışlar.
Hazırda saxlanılanlar Miqrasiya Departamentinin müvəqqəti yerləşdirmə mərkəzinə yerləşdirilib. Onların ölkədən çıxarılması ilə bağlı müvafiq prosedurlar davam etdirilir.


