08 
Fev
2026
12:59
530

Milli Ətraf Mühit Agentliyidən xəbərdarlıq: güclü yağıntı və küləklə

Fevralın 8-dən fevralın 10-u səhər saatlarınadək Gürcüstanın qərb bölgələrində yağıntı gözlənilir, bəzi ərazilərdə yağıntılar güclü olacaq. Fevralın 9-da isə ölkə ərazisinin böyük hissəsində güclü qərb küləyi əsəcək.

InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat verib.

Agentliyin bildirdiyinə görə, yüksək dağlıq rayonlarda qar yağacağı, bəzi yerlərdə güclü qar, duman, çovğun və qar uçqunu təhlükəsi müşahidə olunacağı proqnozlaşdırılır.

Məlumatda qeyd olunur ki, güclü qar, çovğun, görünüş məsafəsinin azalması və uçqun təhlükəsi səbəbindən avtomobil yollarının ayrı-ayrı hissələrində nəqliyyatın hərəkəti müvəqqəti olaraq məhdudlaşdırıla bilər. Gözlənilən yağıntılar Qərbi Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəlməsinə, həmçinin təpəlik və dağlıq zonalarda sürüşmə və sel proseslərinin yaranmasına və aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsinin orta olduğu vurğulanır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər