08 
Fev
2026
18:19
232

Şəxsi məlumatların qanunsuz əldə edilməsi işi üzrə təqsirləndirilən şəxs həbs edilib

Gürcüstan Prokurorluğu şəxsi həyatın sirrinin qanunsuz əldə edilməsi, saxlanılması və istifadəsi, cinsi xarakterli məcburetmə, eləcə də kompüter sisteminə icazəsiz daxil olma faktları üzrə bir nəfərə ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Prokurorluğun məlumatına görə, Acarıstan Muxtar Respublikası Prokurorluğu tərəfindən aparılan istintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs sosial şəbəkə Facebook hesabına icazəsiz daxil olmaqla zərərçəkənin şəxsi yazışmaları ilə tanış olub. Bundan sonra şəxsi həyata dair məlumatları yaymaqla hədələyərək zərərçəkənin intim məzmunlu fotoşəkillərini qanunsuz yolla əldə edib. Eyni zamanda, nüfuzu ləkələyən və şəxsi həyata dair məlumatların yayılması ilə hədələmə yolu ilə zərərçəkəni cinsi əlaqəyə məcbur etməyə çalışıb.

Məlumata əsasən, saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 157-ci prim maddəsinin birinci hissəsi (şəxsi həyatın sirrinin qanunsuz əldə edilməsi, saxlanılması və istifadəsi), 139-cu maddəsinin birinci hissəsi (şəxsin bədəninə cinsi xarakterli daxilolmaya məcburetmə) və 284-cü maddəsinin birinci hissəsi (kompüter sisteminə icazəsiz daxil olma) üzrə ittihamlar irəli sürülüb. Qeyd olunan maddələr 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluğun bildirdiyinə görə, təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri artıq seçilib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər