Tbilisi Dövlət Universiteti qarşısında etiraz aksiyası keçirilir
Tbilisi Dövlət Universitetinin (TSU) yaradılmasının 108-ci ildönümü münasibətilə universitetin həyətində “Bütün yollar Ağ məbədə aparır” şüarı altında etiraz aksiyası keçirilir.
InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları Tbilisi Dövlət Universitetinin Gürcüstan Texniki Universiteti ilə birləşdirilməsi barədə qəbul edilmiş qərara etiraz edir və onun dəyişdirilməsini tələb edirlər. Etirazçılar üzərində “Sivilizasiyanın uğuru intellektual inkişafdan asılıdır”, “Peşmançılıqdansa, əvvəlcədən düşünmək yaxşıdır”, “Bütün yollar Ağ məbədə aparır” yazılan plakatlar qaldırıblar. Hazırda aksiyada professor-müəllim heyəti çıxış edir.
Aksiyaya Salome Zurabişvili də qatılıb.
Etirazçılar bildirirlər ki, Tbilisi Dövlət Universitetinin Gürcüstan Texniki Universiteti ilə birləşdirilməsi yolverilməzdir və bu qərar ləğv olunmalıdır.


