İordaniya vətəndaşı ailədaxili zorakılıq və azyaşlı qızlarına qarşı əxlaqsız hərəkətlərə görə saxlanılıb
Ailədaxili zorakılıq və ailə üzvünə qarşı törədilmiş əxlaqsız hərəkətlər ittihamı ilə İordaniya vətəndaşı – 1980-ci il təvəllüdlü S.A. saxlanılıb.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs əvvəlcədən bilə-bilə və sistemli şəkildə azyaşlı qızlarına qarşı əxlaqsız hərəkətlər edib. Bundan əlavə, onun övladlarına fiziki zorakılıq tətbiq etdiyi də aşkarlanıb. Azyaşlılar baş verənlər barədə hər hansı şəxsə məlumat verəcəkləri təqdirdə, ata onları öldürməklə hədələyib.
Tbilisi Polis Departamentinin Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə Baş İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş operativ tədbirlər və istintaq hərəkətləri nəticəsində S.A. isti izlərlə saxlanılıb.
Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 126 prima maddəsinin ikinci hissəsi və 11 prima 141-ci maddəsinin ikinci hissəsi ilə istintaq aparılır. Bu maddələr 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.


