16 
Fev
2026
10:57
423

Gürcüstanda ən çox avtomobil qeydiyyata alınan TOP-3 region açıqlanıb

Ölkədə 1 914 908 avtomobil qeydiyyatdadır.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika Xidməti məlumat verib.

Məlumatlara əsasən, qeydiyyata alınmış avtomobillərin sayına görə lider paytaxt Tbilisidir. Ümumi avtomobillərin 46%-i məhz Tbilisidə qeydiyyatdan keçib. İkinci yerdə 11%-lik göstərici ilə İmereti qərarlaşıb.

Regionlar üzrə qeydiyyata alınmış avtomobillərin sayı belədir:

Tbilisi – 882 418 ədəd;

İmereti – 213 316 ədəd;

Kvemo Kartli – 165 126 ədəd;

Kaxeti – 152 259 ədəd;

Acara – 131 187 ədəd;

Sameqrelo-Zemo Svaneti – 108 411 ədəd;

Şida Kartli – 97 310 ədəd;

Samtsxe-Cavaxeti – 67 364 ədəd;

Mtsxeta-Mtianeti – 45 367 ədəd;

Quriya – 40 749 ədəd;

Raça-Leçxumi və Kvemo Svaneti – 11 401 ədəd.

Markalar üzrə statistikaya əsasən, Gürcüstanda qeydiyyata alınmış avtomobillərin 12%-i Mercedes-Benz markasına məxsusdur. Bu markadan olan avtomobillərin sayı 229 229 ədəd təşkil edir. Beləliklə, ölkədə hər 8 avtomobildən biri Mercedes-Benz-dir.

Qeyd edək ki, Xidmət Agentliyinin real vaxt məlumatlarına görə, ölkədə qeydiyyata alınmış avtomobillərin sayı artıq 2 013 500 ədədi keçib. Statistikaya əsasən, Gürcüstanda hər gün orta hesabla 600-ə yaxın avtomobil qeydiyyata alınır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər