17 
Fev
2026
18:34
334

Yoxlama nəticəsində Tbilisidə 7 obyektin fəaliyyəti dayandırıldı

Gürcüstanın Milli Qida Agentliyi paytaxtda ictimai iaşə obyektlərində aparılan yoxlamalar nəticəsində 7 biznesoperatorun istehsal prosesini dayandırıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstanın Milli Qida Agentliyi məlumat yayıb.

Qurumun məlumatına görə, 13 fevral tarixində dövlət nəzarəti çərçivəsində 19 obyektdə planlı və plandankənar inspeksiya keçirilib. Yoxlanılan obyektlərdən 7-də kritik uyğunsuzluqlar aşkarlanıb. Bunlara inventarın lazımi qaydada yuyulub-dezinfeksiya edilməməsi, infrastruktur və ventilyasiya sistemlərinin nasazlığı, qidanın çirklənmə riski, etiketləmə qaydalarının pozulması və etiket­siz məhsulların mövcudluğu daxildir.

Fəaliyyəti dayandırılan obyektlər bunlardır:

İ/M Majeed Shakkeер – kafe-bar/restoran (Berdzenişvili küç. 4) – iqtisadi fəaliyyət reyestrində qeydiyyatsız fəaliyyət, ventilyasiya sisteminin nasazlığı, etiketləmə qaydalarının pozulması və vaxtı keçmiş qidanın satışı;

“Al Beik Grills” MMC – hind restoranı (Lyublyana küç. 19a) – səthlərin lazımi dezinfeksiya edilməməsi, ventilyasiya nasazlığı və etiketləmə pozuntusu;

“100 Ərəb Restoranı” – fastfud obyekti (Quramışvili prospekti 27) – qeydiyyatsız fəaliyyət, ventilyasiya problemi, inventarın düzgün dezinfeksiya edilməməsi və etiketləmə qaydasının pozulması;

İ/M Yaşpal Şarma – hind restoranı (Pekin prospekti 31b) – qeydiyyatsız fəaliyyət, dezinfeksiya və etiketləmə pozuntuları;

“Thai In Town” MMC – kafe-bar/restoran (Kote Abxazi küç. 17) – obyektdə gəmiricilərin olması, ventilyasiya nasazlığı və etiketləmə qaydalarının pozulması;

“Fiesta” (MD Enterprises MMC) – kafe-bar/restoran (Giorgi Saakadze küç. 156) – infrastruktur və ventilyasiya problemləri, qidanın çirklənmə riski və etiketləmə pozuntusu;

“Sareia Trading” MMC – hazır yeməklərin istehsalı və satışı (Petre Bagrationi küç. 33) – infrastruktur və ventilyasiya nasazlığı, temperatur rejiminin pozulması və dezinfeksiya qaydalarına əməl edilməməsi.

Agentliyin inspektorları qanunvericiliyə uyğun olaraq biznesoperatorları cərimələyib və uyğunsuzluqlar aradan qaldırılanadək onların istehsal prosesini dayandırıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər