18 
Fev
2026
01:09
448

DTX əməkdaşı dələduzluqda ittiham olunaraq saxlanılıb

Daxili İşlər Nazirliyinin Baş Müfəttişliyinin əməkdaşları dələduzluq ittihamı ilə Tbilisi Polis Departamentinin əməkdaşını saxlayıblar.

InterPress.ge xəbər  verir ki, bu barıdı Daxili İşlər Nazirliyi məlumat yayıb.

Nazirliyin məlumatına görə, 1988-ci il təvəllüdlü G.S. məhkəmə qərarı əsasında saxlanılıb.

İstintaqla müəyyən edilib ki, Tbilisi Polis Departamentinin baş müstəntiqi Tbilisidə yaşayan xarici ölkə vətəndaşından onun tanışının – həmçinin xarici ölkə vətəndaşının guya Gürcüstan ərazisinə gətirilməsi müqabilində aldadaraq 3 000 ABŞ dolları tələb edib və həmin məbləğin 500 ABŞ dollarını əvvəlcədən götürüb.

Baş Müfəttişliyin əməkdaşları tərəfindən aparılmış istintaq hərəkətləri nəticəsində G.S. təqsirləndirilən şəxs qismində saxlanılıb.

Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 180-ci maddəsinin 2-ci hissəsinin “b” bəndi ilə aparılır. Bu maddə 4 ildən 7 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər