Güclü yağış, qar və fırtına gözlənilir-PROQNOZ
Fevralın 18-i günün sonundan fevralın 19-u günün sonunadək Gürcüstanda yağış şəklində yağıntılar gözlənilir, bəzi ərazilərdə intensiv olacaq. Qərb küləyi güclənəcək, dənizdə isə 4-6 bal gücündə fırtına proqnozlaşdırılır.
InterPress.ge xəbər verir ki, bu barədə Milli Ətraf Mühit Agentliyi məlumat yayıb.
Qurumun bildirdiyinə görə, ölkənin yüksək dağlıq rayonlarında qar yağacağı, bəzi yerlərdə güclü olacağı, duman, çovğun və qar uçqunu təhlükəsinin yaranacağı ehtimal edilir.
Məlumatda qeyd olunur ki, güclü qar, çovğun, görmə məsafəsinin pisləşməsi, buzlaşma və uçqun təhlükəsi səbəbindən avtomobil yollarının ayrı-ayrı hissələrində nəqliyyatın hərəkəti məhdudlaşdırıla bilər.
Eyni zamanda, gözlənilən intensiv yağıntılar Gürcüstan çaylarında su səviyyəsinin əhəmiyyətli dərəcədə artmasına, Qərbi Gürcüstanın kiçik çaylarında daşqınlara, təpəlik və dağlıq ərazilərdə isə sürüşmə və sel proseslərinin yaranmasına və ya aktivləşməsinə səbəb ola bilər. Təhlükə səviyyəsi ortadır.


