19 
Fev
2026
11:15
239

İslam aləmi Ramazan ayının başlanmasını qeyd edir

İslam aləmi müqəddəs Ramazan ayının – orucluq ayının başlanmasını qeyd edir.

InterPress.ge xəbər verir ki, bu barədə məlumatı Dini Məsələlər üzrə Dövlət Agentliyi yayıb.

Qurumun məlumatında qeyd olunur ki, müsəlman ənənəsinə əsasən, Ramazan ayı ən fəzilətli ay hesab olunur. Çünki məhz bu ayda Qurani-Kərimin ilk ayələri Həzrət Məhəmmədə nazil olub və Allah tərəfindən ona peyğəmbərlik missiyası həvalə edilib.

Bildirilib ki, müsəlmanlar Ramazan ayını oruc tutmaqla keçirirlər. Ramazan möminlər üçün sınaq, böyük iradə və nəfsə qalib gəlmə dövrü sayılır. Oruc müddətində ibadət, xeyriyyəçilik, ehtiyacı olanlara yardım göstərmək, iftar süfrəsinə dəvət etmək xüsusi əhəmiyyət daşıyır.

Sübh çağından gün batana qədər müsəlmanlar mənəvi saflaşma məqsədilə yemək və içməkdən, eləcə də bütün cismani istəklərdən çəkinirlər. Qeyd olunur ki, ənənəyə görə, Ramazan ayı ərzində hərbi əməliyyatlar və qarşıdurmalar dayandırılmalıdır.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər