19 
Fev
2026
11:20
189

Rustavidə qəsdən adamöldürmə faktı ilə bağlı 1 nəfər saxlanılıb

Hüquq-mühafizə orqanları Rustavidə baş vermiş qəsdən adamöldürmə faktı ilə bağlı 1 nəfəri saxlayıb.

InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat verib.

Məlumatına görə, Kvemo Kartli Polis Departamentinin əməkdaşları 1985-ci il təvəllüdlü İ.B.-ni qəsdən adamöldürmə ittihamı ilə saxlayıblar.

İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs Rustavi şəhərində 1989-cu il təvəllüdlü D.S. ilə mübahisə zəminində ona soyuq silahla döş qəfəsi nahiyəsindən xəsarət yetirib və hadisə yerindən qaçıb. Yaralı kişi xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Məlumata əsasən, təqsirləndirilən şəxs hadisədən bir gün sonra özü polisə gələrək törətdiyi cinayəti etiraf edib. Hüquq-mühafizə orqanlarının əməkdaşları İ.B.-ni təqsirləndirilən şəxs qismində saxlayıblar.

Faktla bağlı Gürcüstan Cinayət Məcəlləsinin 108-ci maddəsi ilə istintaq aparılır. Həmin maddə 15 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər