DTX əməkdaşı şəxsi avtomobilində odlu silahla özünü vuraraq həyatını itirib
Miqrasiya Departamentinin əməkdaşı şəxsi avtomobilində özünə məxsus odlu silahdan atəş açaraq baş nahiyəsindən ölümcül xəsarət alıb və hadisə yerində vəfat edib.
InterPress.ge xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Qurumun açıqlamasında bildirilir ki, ilkin məlumata əsasən, hadisə cari ilin 19 fevral tarixində Ortaçala ərazisinin yaxınlığında baş verib. Məlumata görə, baş vermiş hadisədən əvvəl əməkdaşla onu müşayiət edən şəxs arasında məişət zəminində münaqişə yaşanıb.
Daxili İşlər Nazirliyi Miqrasiya Departamentinin əməkdaşının ölümü ilə bağlı dərin hüznlə başsağlığı verərək, mərhumun ailəsinə və yaxınlarına başsağlığı ifadə edib.
Faktla bağlı istintaq Gürcüstan Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə aparılır ki, bu maddə intihara çatdırmanı nəzərdə tutur. Hadisə üzrə araşdırmaya Gürcüstan Prokurorluğu tərəfindən başlanılıb.


