20 
Fev
2026
13:16
262

Nazir: Sosial müdafiə bazasında pozuntu aşkarlanarsa, hüquqi məsuliyyət tətbiq olunacaq

"Sosial müdafiə alan şəxslərin vahid məlumat bazasında aparılacaq yenidən yoxlama zamanı hüquq pozuntusu aşkarlanarsa, müvafiq hüquqi məsuliyyət tədbirləri görüləcək."

InterPress.ge xəbər verir ki, bu barədə səhiyyə naziri Mixeil Sarjveladze brifinqdə məlumat verib.

Nazir vurğulayıb ki, şəxsin bazadan çıxarılması və sosial statusunun ləğvi avtomatik olaraq onun məsuliyyətə cəlb edilməsi demək deyil.

“Bazadan çıxarılma və statusun dayandırılması barədə qərar apriori və avtomatik şəkildə kiminsə məsuliyyətə cəlb olunması anlamına gəlmir. Lakin mümkündür ki, saxtakarlıq halları ilə qarşılaşaq. Proses ciddi monitorinq altında olacaq, yanaşma sərt, nəzarət isə maksimum diqqətli olacaq. Təbii ki, hər hansı hüquq pozuntusu aşkarlanarsa, bu, müvafiq hüquqi reaksiya olmadan qalmayacaq. Hazırda nə qədər belə halın olacağını və ya ümumiyyətlə olub-olmayacağını demək mümkün deyil. Amma əgər pozuntu müəyyən edilərsə, adekvat reaksiya veriləcək”, – deyə Sarjveladze qeyd edib.

Nazirin sözlərinə görə, məqsəd sosial yardım sistemində şəffaflığı təmin etmək və dövlət dəstəyinin həqiqətən ehtiyacı olan şəxslərə yönəldilməsidir.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər