20 
Fev
2026
21:42
454

Azyaşlı şagirdə qarşı əxlaqsız hərəkət edən müəllimə ittiham irəli sürülüb

Gürcüstan Prokurorluğu 16 yaşına çatmayan şəxsə qarşı törədilmiş əxlaqsız hərəkət faktı üzrə bir nəfərə ittiham irəli sürüb.

InterPress.ge xəbər verir ki, bu barədə prokurorluq məlumat yayıb.

Prokurorluğun məlumatına görə, Gürcüstan Daxili İşlər Nazirliyi tərəfindən aparılmış istintaq nəticəsində müəyyən edilib ki, dövlət məktəblərindən birinin müəllimi əvvəlcədən bilə-bilə 16 yaşına çatmamış, həmin məktəbin 10-cu sinif şagirdinə qarşı etimad və nüfuzlu mövqeyindən istifadə edərək əxlaqsız hərəkətlər törədib.

Saxlanılan şəxsə Gürcüstan Cinayət Məcəlləsinin 141-ci maddəsinin ikinci hissəsinin “z” bəndi ilə ittiham irəli sürülüb. Bu maddə zor tətbiq etmədən, lakin əvvəlcədən bilə-bilə 16 yaşına çatmamış şəxsə qarşı, etimad və nüfuzdan istifadə etməklə törədilən əxlaqsız hərəkətə görə 12 ilədək azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.

Prokurorluq təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün artıq məhkəməyə vəsatət təqdim edib.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər