21 
Fev
2026
11:06
286

Noniadze: “Yanacaq keyfiyyətsizdirsə, ideal avtomobil də ekologiyaya 30 illik maşın kimi təsir edir”

“Avtomobil İdxalçıları Assosiasiyası”nın rəhbəri Aleksi Noniadze 6 ildən artıq yaşı olan avtomobillərin ölkəyə idxalına qoyulması planlaşdırılan qadağaya münasibət bildirib.

InterPress.ge-nin məlumatına görə, o, “Palitra” radiosunun “Sizin vaxtınız” verilişində çıxışı zamanı qeyd edib ki, ekologiya məsələsində əsas amil avtomobilin yaşı deyil, onun texniki vəziyyəti və yanacağın keyfiyyətidir.

“İstər 1 illik, istərsə də tam ideal vəziyyətdə avtomobil gətirilsin, əgər yanacaq keyfiyyətsizdirsə, o, ekologiyaya 30 illik avtomobil kimi təsir göstərəcək. Yaşın əhəmiyyəti var, amma avtomobilin vəziyyəti və yanacağın keyfiyyəti daha önəmlidir”, – deyə Noniadze bildirib.

Məlumat üçün qeyd edək ki, Gürcü Arzusu – Demokratik Gürcüstan partiyasının yeni təşəbbüsünə əsasən, 2026-cı il aprelin 1-dən etibarən ölkədə 6 ildən artıq yaşı olan avtomobillərin ilkin qeydiyyatına qadağa tətbiq edilməsi planlaşdırılır. Qadağa elektromobillərə şamil olunmayacaq.

Noniadze əlavə edib ki, şəhərin çirklənməsində tikinti işləri də az rol oynamır.

“Yanacaq ayrıca bir problemdir. Bununla yanaşı, tikintilər də şəhəri az çirkləndirmir. Gecə boyu avtomobillər dayanmış vəziyyətdə olur, səhər isə şəhərdə tozla qarşılaşırıq”, – deyə o vurğulayıb.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər