21 
Fev
2026
11:07
630

6 ildən artıq avtomobillərin idxalına qadağaya qarşı etiraz aksiyası keçiriləcək

“6 ildən artıq yaşı olan avtomobillərin idxalına qadağa qoyulmasına imkan verməyək!” şüarı ilə bu gün, fevralın 21-də saat 15:00-da sürücülər, dilerlər, avtomobil idxalçı şirkətlər və sektorda çalışan şəxslər Rustavi Xidmət Agentliyinin yaxınlığında etiraz aksiyası keçirəcəklər.

InterPress.ge xəbər verir ki, aksiya iştirakçıları elan olunmuş təşəbbüsün dayandırılmasını, məsələnin ictimai müzakirəyə çıxarılmasını və ədalətli tənzimləmələrin qəbul edilməsini tələb edirlər.

Onların bildirdiyinə görə, Gürcüstan hökuməti 6 ildən artıq yaşı olan avtomobillərin idxalına qadağa qoyulması məsələsini nəzərdən keçirir.

Etirazçıların fikrincə, bu qərar: tıxac problemini həll etməyəcək və ekoloji vəziyyəti avtomatik olaraq yaxşılaşdırmayacaq; avtomobillərin qiymətini əhəmiyyətli dərəcədə artıracaq; orta və aşağı gəlirli ailələrə zərər vuracaq; avtomobil idxalı və avtoservis sahəsində çalışanlara mənfi təsir göstərəcək.

Onlar hesab edirlər ki, tıxacların əsas səbəbi infrastruktur və nəqliyyat siyasətindəki problemlərdir, idxal edilən avtomobillərin yaşı deyil.

Aksiya təşkilatçıları bildirirlər ki, ekoloji standartlar avtomobilin buraxılış ili ilə deyil, atmosferə atılan tullantı səviyyəsi ilə müəyyən edilməlidir.

Etirazçılar təşəbbüsün dayandırılmasını, məsələnin açıq müzakirəsini və ədalətli, proporsional tənzimləmələrin qəbulunu tələb edirlər.

Məlumat üçün bildirək ki, Gürcü Arzusu – Demokratik Gürcüstan partiyasının yeni təşəbbüsünə əsasən, 2026-cı il aprelin 1-dən etibarən ölkədə 6 ildən artıq yaşı olan avtomobillərin ilkin qeydiyyatına qadağa tətbiq edilməsi planlaşdırılır. Qadağa elektromobillərə şamil olunmayacaq.

Bizimlə əlaqə saxlayın



Digər xəbərlər